`Femen`in aksiyası belə dağıdıldı – FOTO, VİDEO

`Femen`in aksiyası belə dağıdıldı – FOTO, VİDEO
  11 Fevral 2015    Oxunub:2997
`Femen` hərəkatının 3 fəalı Fransnın Lill şəhərində BVF-nın keçmiş rəhbəri Dominik Stross-Kanın maşınına hücum çəkib. Qızlardan biri maşının kapotuna çıxıb.

Qeyd edək ki, Stross-Kan sutenyorluğa yardım etməkdə suçlandırılır və Lill şəhərinə məhkəmədə ifadə vermək üçün gəmişdi. Onun və daha 14 nəfərin işi üzrə məhkəmə prosesi 3 ildən çoxdur davam edir. Onlar Fransada və xaricdə seks-məclislərinin təşkilində suçlu bilinirlər.

Feministlər onu `Sutenyor da, müştəri də olsan – Günahkarsan!` şüarları ilə qarşılayıblar.

Bir neçə dəqiqədən sonra mühafizəçilər aksiyanı dağırdıblar.

Eldar
AzVision.az


Qalereya




Teqlər:  





Xəbər lenti