Avstriya mətbuatı İlham Əliyevdən yazıb

Avstriya mətbuatı İlham Əliyevdən yazıb
  16 May 2013    Oxunub:1375
Avstriya mətbuatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 12-14-də Vyanaya rəsmi səfəri ilə bağlı bir sıra məqalələr dərc olunub.
Avstriyanın nüfuzlu “Wirtschaftsblatt“ qəzetində dərc olunmuş məqalədə Prezident İlham Əliyevin Prezident Haynts Fişer ilə keçirdiyi birgə mətbuat konfransında Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolu, enerji resurslarının nəqli üçün marşrutların seçilməsi, eləcə də iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarına dair səsləndirdiyi fikirlərə geniş yer verilib.

Gündəlik “Österreich“ qəzetində dərc olunmuş “Azərbaycan Prezidenti Avstriyada” sərlövhəli məqalədə isə rəsmi səfəri çərçivəsində dövlətimizin başçısının keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər barədə ətraflı məlumat verilib.


Teqlər:  





Xəbər lenti