Suriya münaqişəsi digər ölkəyə təsir edə bilər

Suriya münaqişəsi digər ölkəyə təsir edə bilər
  16 May 2013    Oxunub:1115
Ağ Evin mətbuat katibi Cey Karni bildirib ki, Suriyadakı münaqişə qonşu ölkələrə təsir edə bilər.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, münaqişəyə yeni tərəflərin cəlb edilməsi İsrailə zərbə vuracaqmı sualına Karni belə cavab verib: “Suriyadakı münaqişə qonşu ölkələrə yayıla bilər. Amma İsrail öz vətəndaşlarını müdafiə etmək hüququna malikdir.”

Qeyd edək ki, mayın əvvəllərində Livanın Hizbullah qruplaşmasının silahlarını məhv etmək üçün İsrail Suriya ərazisinə bir neçə dəfə hava hücumu edib.

Suriyaya silah yardımı ilə bağlı Karni söyləyib ki, hazırda Suriyaya silah yardımı göstərilməsi nəzərdə tutulmayıb. Oraya humanitar yardımın həcmi artırılıb.

Leyla Cavadova
AzVision.az


Teqlər:  





Xəbər lenti