Futbol oyununda dava: 30 ölü, 100 yaralı
Belə ki, qarşıdurmaya səbəb Zamalek klubunun azarkeşlərinin biletsiz olduqları halda stadiona zor gücünə girmək istəməkləri olub. Polis onların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib. Fanatlar stadiona ancaq bir yerdə giriş olduğu üçün hökuməti tənqid ediblər. Polis Zamaleka fan -klubunun rəhbərinin həbsi üçün order alıb.
Rəsmi məlumatlara görə, hadisə zamanı 30 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb.
İnsanların ölməsinə baxmayaraq oyun keçirilib. Bununla belə müvəqqəti olaraq çempionatın keçirilməsi dayanıb.
AzVision.az