Alla Puqaçova bağçada müəlliməlik edəcək

Alla Puqaçova bağçada müəlliməlik edəcək
  08 Fevral 2015    Oxunub:1695
Məşhur rusiyalı müğənni, SSRİ xalq artisti Alla Puqaçova bağça açır.
O, açdığı bağçada özü müəlliməlik edəcək.

Müğənni "Future star" adlandırdığı bağçada uşaq seçimində şəxsən iştirak edir. Buraya 3 yaşından 7 yaşınadək uşaqlar gələ bilərlər.

Bağçada onlara yazıb oxumaqla bərabər xarici dillər öyrədiləcək, müxtəlif dərnəklər, məşğələlər, hətta yoqa dərsləri keçiləcək. Burada aktyorluq və vokal dərsləri də olacaq ki, bu dərslərdə primadonna özü də olacaq.

Bağçada bir neçə bölmə olacaq. "Baby club" adlı bölmədə 3 yaşına qədər olan uşaqlar təhsil alacaq. "Kinder garden"-də isə 4 yaşdan 7 yaşadək olan uşaqlar məktəbə hazırlaşacaqlar. Son mərhələdə uşaqlara riyaziyyat və başqa fənlər də keçiləcək.

Bağçada bir neçə paket mövcuddur. Belə ki, uşaqlarının primadonnanın himayəsində böyüməsini istəyən valideynlər böyük məbləğlər ödəməli olacaqlar.

"Silver" paketinin ödənişi 95 min rubl (1100 manatdan çox), "Gold" paketinin ödənişi 135 min rubl (1500 manatdan çox), "VİP" paketinin ödənişi isə 295 min rubl (3 min 400 manatdan çox) olacaq.(ans)


Teqlər:





Xəbər lenti