Dövlət katibi Bakıya gəlir

Dövlət katibi Bakıya gəlir
  08 Fevral 2015    Oxunub:1732
Azərbaycan və Fransa iqtisadiyyat, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər. Danışıqlar Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi yanında xarici ticarət, turizimin inkişafı və xaricdə Fransa vətəndaşlarının işi üzrə dövlət katibi Matias Feklanın Bakıya səfəri zamanı aparılacaq.


AzVision.az -ın məlumatına görə, bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

Onun sözlərinə görə, M.Fekla fevralın 19-da Bakıya gələcək. Diplomat qeyd edib ki, səfər zamanı dövlət katibi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, energetika naziri Natiq Əliyev, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və bir sıra qurum rəhbərləri ilə görüşlər keçirəcək.

Səfir əlavə edib ki, Azərbaycan-Fransa Hökumətlərarası Komissiyanın növbəti iclasının bu ilin payızında Parisdə keçirilməsi gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti