Poroşenko orduya çağırış yaşını 27-yə qaldırdı
"Qanun hərbi xidmətə çağırış yaşının 27-yə qaldırılmasını və Ukrayna vətəndaşlarına həqiqi hərbi xidmətdən möhlət hüququ verən əsasların sayının azaldılmasını nəzərdə tutur", deyə məlumatda bildirilir.
Qanun çağırışçıların hərbi xidmətdən yayınmalarına görə cinayət məsuliyyətinə cəlb edilməsini, müəyyən dövrdə müqavilə əsasında hərbi xidmətə qəbul olunan şəxslərin kateqoriyalarının siyahısının genişləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, Ukrayna Ali Radası yanvarın 15-də prezident Pyotr Poroşenkonun 2015-ci ildə 3 mərhələli qismən səfərbərlik keçirilməsi haqqında fərmanı təsdiqləyib.