Obamadan ermənilərə ağır zərbə

Obamadan ermənilərə ağır zərbə
  07 Fevral 2015    Oxunub:7030
ABŞ Prezidenti Barak Obama bu həftə 2016-cı il büdcə ili üçün 3,99 trilyon dollar həcmində büdcə təklif edib. Həmin büdcədə kəsirin 474 milyard dollar və ya ABŞ-ın ümumi daxili məhsulunun 2,5 faizi qədər olması nəzərdə tutulur. Obama administrasiyası büdcə layihəsində Ermənistana və Azərbaycana maliyyə yardımının azaldılmasını, Gürcüstana köməyin artırılmasını tövsiyə edib.

Belə ki, təklif olunan büdcə layihəsində 2016-cı ildə Ermənistan üçün 18 milyon 360 min dollar, yəni 2014-cü ildəkinə nisbətən 2 milyon dollar az, Azərbaycana 7 milyon 978 min dollar, yaxud 2014-cü ildəki ilə müqayisədə 1 milyon dollar az, Gürcüstana isə 50 milyon 552 min dollar, yəni 2014-cü ildəkinə nisbətən 10 milyon dollar çox maliyyə yardımı ayrılması nəzərdə tutulur.

Əgər ABŞ Konqresi büdcənin təklif olunan layihəsini təsdiq edərsə, 2016-cı ildə Ermənistana ABŞ tərəfindən ayrılan yardım Ermənistana müstəqillik əldə etdiyi vaxtdan aşağı səviyyədə olacaq.

Xatırladaq ki, ABŞ Konqresindəki erməni kokusu hər il Ermənistan üçün azı 40 milyon dollar ayrılmasını xahiş edir və Azərbaycana heç bir yardım ayırmamağa çağırır. ABŞ–ın müttəfiqlərini və öz ölkəsinin milli maraqlarını çoxdan unutmuş ermənipərəst konqresmenlər də adətən ABŞ Konqresini Xankəndindəki separatist erməni rejiminə maliyyə yardımı ayırmağa çağırırlar. Həmin separatçılara növbəti dəfə yardım ayrılmayacaq.

ABŞ büdcəsinin layihəsində Ermənistan və Azərbaycan üçün hərbi yardımın pariteti saxlanılıb: hərbi təlim proqramları üçün 600 min dollar və hərbi xərclər üçün 1 milyon 700 min dollar (2014-cü ildəkinə nisbətən 1 milyon dollar az) vəsait ayrılması nəzərdə tutulur. Bundan əlavə, layihədə narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə qanunvericiliyin tənzimlənməsi üçün Ermənistana 1 milyon 700 min dollar və Azərbaycana 800 min dollar yardım nəzərdə tutulur.

(AzərTac)


Teqlər:  





Xəbər lenti