Putin ateist baş naziri Rusiyaya çağırdı

Putin ateist baş naziri Rusiyaya çağırdı
  06 Fevral 2015    Oxunub:2117
Rusiya prezidenti Vladimir Putinin Yunanıstanın yeni baş naziri Aleks Çiprası Moskvaya dəvət edib.

AzVision.az xəbər verir ki, Yunanıstan mətbuatının yaydığı məlumata görə, Çiprasın Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışığı olub. Açıqlamada Putinin Çiprası mayın 9-da Moskvaya dəvət etdiyi vurğulanıb.

Yunanıstan baş naziri Çipras həftənin əvvəlində verdiyi bəyanatda avropalı tərəfdaşları ilə müzakirələrin davam etdiyini söyləmişdi. O, Rusiyadan kömək almanın masada olmadığını vurğulamışdı.

Qeyd edək ki, Yunanıstanın Radikal Solçu Partiyası olan SYRIZA partiyası iqtidara gələcəyi təqdirdə kreditorlarla körpüləri dağıdacağını və kəmər sıxma proqramından imtina edəcəklərini bildirmişdi. Mütəxəssislər bunun Avropada "domino" təsiri yaradaraq Avro Qurşağının dağılmasını gündəmə gətirəcəyini bildirirlər. Avropada SYRİZA-nın rəhbəri Aleks Çipras "Avropanın ən təhlükəli siyasətçisi" olaraq tanınır.


Teqlər:





Xəbər lenti