Çində H7N9 virusundan ölənlərin sayı 36-a çatıb. Bu barədə açıqlama verən Xunan əyalətinin səhiyyə işləri üzrə komitəsinin məlumatına görə, quş qripinə yoluxanların sayı ümumilikdə 130-a çatıb. Xəstəxanaya yerləşdirilən bir nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.