Ukraynada qanlı döyüşlər gedir: Ölənlər var

Ukraynada qanlı döyüşlər gedir: Ölənlər var
  06 Fevral 2015    Oxunub:1629
Son 24 saat ərzində 2 Ukrayna hərbçisi öldürülüb.
AzVision.az “UNAİN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.

“Son 24 saat ərzində 2 qəhrəman hərbçimiz həlak olub, 23 nəfər isə yaralanaraq separatçılara əsir düşüb” – deyə yayılan məlumatda bildirilir.

Qeyd edək ki, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti