Kerri ABŞ-ın ən pis dövlət katibidir

Kerri ABŞ-ın ən pis dövlət katibidir
  06 Fevral 2015    Oxunub:2139
ABŞ dövlət katibi Con Kerri son 50 ildə bu vəzifəni tutan ən pis diplomat adlandırılıb.

AzVision.az-ın “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nüfuzlu “Foreign Policy” jurnalı beynəlxalq münasibətlər üzrə 1615 ABŞ alimi arasında keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb.

Ekspertlər ən effektiv dövlət katibi kimi 1973-1977-cü illərdə bu vəzifəni tutan Henri Kissinceri göstəriblər. Ona rəyi soruşulanların 32,2 faizi səs verib.

Siyahıda ikinci yeri isə Ceyms Beyker tutub. Onun isə Madlen Olbrayt və Hillari Klinton izləyir.

Hazırki dövlət katibi Con Kerri isə respondentlərin 0,3 faizini toplayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti