Türkiyə `Eurovision`a geri qayıdır

Türkiyə `Eurovision`a geri qayıdır
  06 Fevral 2015    Oxunub:1667
Türkiyə “Eurovision” mahnı mnüsabiqəsinə yenidən qayıdır.
AzVision.az-ın məlumatına görə, TRT-nin icraçı direktoru Şenol Göka bu barədə məlumat yayıb. O qeyd edib ki, Türkiyə müsabiqədə iştirak edə bilər:

`Sadəcə səsvermə sistemində yox, əxlaqi məsələlərlə bağlı da problemlər vardı. Bunlara əsasən şikayət etmişdik. AYB-nin bizim tələblərimizi yerinə yetirəcəyi təqdirdə, müsabiqədə iştirak edəcəyik” .

Qeyd edək ki, 2013-cü ildə “Eurovision”ın səsvermə və püşk sistemini tənqid edən TRT müsabiqədə bir daha iştirak edilməyəcəyi barədə qərar vermişdi.

Avropa Yayım Birliyinin şikayətdən sonra üzr istəməsi Türkiyənin müsabiqədə yenidən iştirak etməsi üçün zəmin yaradıb.

Sevinc


Teqlər:  





Xəbər lenti