Türkiyə MQ-nin həmsədri ola bilərmi?

Türkiyə MQ-nin həmsədri ola bilərmi?
  06 Fevral 2015    Oxunub:2995
Bir müddət əvvəl Almaniyanın kansleri Angela Merkel prezident İlham Əliyevlə görüşdə ölkəsinin Minsk qrupuna həmsədr olmaq istəyini dilə gətirmişdi. Daha sonra millət vəkili Azay Quliyev Türkiyənin də MQ-yə həmsədr olması ideyasını dilə gətirdi. Bəs türkiyəli ekspertlər buna necə yanaşırlar?

`Kafkassam` Araşdırma Mərkəzinin rəhbəri, politoloq Hasan Oqtay
deyir ki, Qarabağ problemi regional problem olmaqdan çıxıb, beynəlxalq miqyas alıb. Bu problemin həllində təsirli və aktiv olacaq ölkə beynəlxalq sahədə olduqca
nüfuz qazanacağından, Minsk qrupunun indiki həmsədrləri buna imkan vermirlər:

- Amerika Rusiyaya qarşısında üstünlüyü əldən buraxmamaq, Rusiya Amerikanı bölgəyə soxmamaq, Fransa isə AB-ni önə çıxarmaq üçün çalışırlar. Vəziyyət belə olunca Qarabağda çözümsüzlük davam edir. Amma Gümrüdə bir rus əsgərinin 7 ermənini öldürməsi Ermənistanda Rusiyaya qarşı güvən böhranı yaradıb. Yerevan Rusiya xaricində yeni axtarışlara girə bilər. Azərbaycan isə Almaniyanın təklifinə isti baxa bilər. Çünki Almaniya Fransadan daha aktiv bir siyasət yürüdərək, AB-də aktiv rol oynayır. Lakin Almaniyanın Qarabağda ədalətli bir həll üçün yox, öz maraqlarına uyğun bir həll üçün çalışacağı ehtimalını görən Azərbaycan Minsk qrupunda Türkiyənin yer almasını istəyir. Bu, regional sülhün təsisi üçün olduqca əhəmiyyətli bir addımdır. Son zamanlarda Rusiya-Türkiyə əlaqələrindəki yaxşılaşma və Türkiyənin Minsk qrupunda yer ala bilməsi Qarabağ problemində sülhün təsisi üçün əhəmiyyətli bir addım ola bilər.

Jurnalist, teleaparıcı, `habererk.com` xəbər saytının baş redaktoru İsmail Türk düşünür ki, xarici siyasətdə bu cür inkişaf Türk dünyasına güc qatar: “Azərbaycan Türkiyənin əhəmiyyətinin fərqində olan qardaş bir cumhuriyyətdir. Azay bəyin təklifi bu mənada gözəldir. Türkiyənin gücü eyni zamanda Azərbaycanın da gücü olmalıdır”.

Seymur Süleymanov


Teqlər:  





Xəbər lenti