Uorlikdən Qarabağla bağlı yeni vəd

Uorlikdən Qarabağla bağlı yeni vəd
  06 Fevral 2015    Oxunub:1930
ABŞ ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirir.
Bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Minsk qrupu Qarabağ nizamlanmasında pis-yaxşı bütün tərəfləri qane edən yeganə formatdır. Uorlikə görə, üç həmsədr (ABŞ, Fransa və Rusiya) formatında fəaliyyəti Rusiya-ABŞ münasibətlərindəki gərginliyə baxmayaraq, davam edəcək.

“Biz rusiyalı həmkarlarımızla üz-üzə görüşür, konfliktin həlli ilə bağlı işləri həyata keçiririk. Minsk qrupu ABŞ-Rusiya əməkdaşlığının aspekti olaraq qalır. Ümid edirəm ki, gələcəkdə də belə olacaq. Biz şübhəsiz ki, on illiklərdir davam edən konfliktin həllinə çalışırıq” - əlavə edib amerikalı diplomat.


Teqlər:





Xəbər lenti