Ermənistanda kütləvi həbslər başladı
Yerli kütləvi informasiya vasitələrinə bu barədə məlumat verən Aleksanyanın qohumları onun ifadə verməkdən imtina etdiyini bildiriblər.
Gümrü “Asparez” jurnalistlər klubunun rəhbəri Levon Barseğyan bu həbslərin şəhərdə ictimai gərginliyin daha artmasına səbəb olacağını bildirir.
Yanvarın 15-də Avetisyan ailəsinin 6 üzvünün dəfn mərasimindən sonra minlərlə Gümrü sakini Ermənistan ərazisində cinayət törətməkdə ittiham olunan Gümrüdə yerləşən 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun bazanın ərazisində saxlanılmasına qarşı və Ermənistan ədliyyə organlarına təhvil vermək tələbi ilə Şirak Vilayət Prokurorluğu önündə etiraz aksiyasına toplaşmışdı.
Yerli və mərkəzi Ermənistan hakimiyyətinin fəaliyyətsizliyindən hiddətlənən yüzlərlə aksiya iştirakçısı Rusiya hərbi bazası və şəhərdə Rusiya konsulluğu istiqamətində yürüş başlayıb, lakin gücləndirilmiş polis cərgələri ilə rastlaşıb. Toqquşma nəticəsində 20-yə yaxın adam, o cümlədən polis əməkdaşları xəsarət alıb.
Barseğyan öz facebook səhifəsində iğtişaşların polis tərəfindən təhrik edildiyini yazıb.
Ermənistan Baş Prokurorluğu baş prokuror Gevorq Kostanyanın Avetisyan ailəsi üzvlərinin qətlə yetirilməsi faktı üzrə cinayət işinin icrasını Ermənistan hüquq-mühafizə orqanlarına verilməsi vəsatəti ilə Rusiyanın baş prokuroru Yuri Çaykaya müraciət etdiyini bildirib.
Eyni zamanda "İnterfax" agentliyi öz mənbələrinə istinadən məhkəmə prosesinin Ermənistan hərbi qarnizonunun məhkəməsində keçiriləcəyi haqqında məlumat yayıb (BBC).
Teqlər: