Rusiya Qarabağdakı vəziyyətdən narahatdır

Rusiya Qarabağdakı vəziyyətdən narahatdır
  05 Fevral 2015    Oxunub:2520
Rusiya Dağlıq Qarabağda vəziyyətin ciddi kəskinləşməsindən narahatdır.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində vəziyyət çox gərgin olaraq qalır.

A.Lukaşeviç qeyd edib ki, ATƏT-in monitorinq missiyasının məlumatına görə, bu ilin yanvarında münaqişə zonasında 12 nəfər ölüb, 18-i isə yaralanıb.

XİN rəsmisi bildirib: "Tərəfləri gərginliyin azaldılması üçün fəal tədbirlər görməyə təkidlə çağırırıq".


Teqlər:





Xəbər lenti