Nalbandyan ATƏT-in təklifini qəbul etdi
Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, Edvard Nalbandyan bu bəyanatla Parisdə fransız həmkarı Loran Fabiusla görüşündə çıxış edib.
O, bildirib ki, "Ermənistan münaqişənin nizamlanmasına dair 6 əsas prinsipi imzalamağa hazırdır". Nalbandyan prinsiplərin nədən ibarət olduğunu açıqlamayıb.
Bu gün Ermənistanın xarici işləri naziri Strasburqda Avropa Şurasının Baş katibi Tyorbörn Yaqlandla da görüşüb. Görüşdə Ermənistanın Avropa Şurası Nazirlər Komitəsindəki növbəti 6 aylıq sədrliyi və bu ölkənin qurumdakı əsas prioritetləri, eləcə də AÇ Baç katibinin təşəbbüsüylə qurum daxilində aparılan islahatlar haqda fikir mübadiləsi aparılıb.
Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə edilən məsələlər arasında olub. Dağlıq Qarabağ münaqişəsinə toxunan Tyorbörn Yaqland AŞ-nın bu məsələnin həll edilməsində elə də güclü səlahiyyətinin olmadığını və bu münaqişəylə digər beynəlxalq qurumların məşğul olduğunu bildirib.
Ermənistanın xarici işlər naziri isə öz növbəsində ölkəsinin AŞNK-dəki 6 aylıq sədrliyi ərzində DQ məsələsinin gündəliyə salmayacağını bildirib.
Səbinə Həsənova
AzVision.az