Azay Quliyev isveçli diplomatlarla görüşüb

Azay Quliyev isveçli diplomatlarla görüşüb
  05 Fevral 2015    Oxunub:1978
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında İsveçin XİN-nin Şərqi Avropa və Orta Asiya üzrə departamentin direktor müavini Terese Hyden, İsveç Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Latın Amerikası üzrə bölməsinin rəhbəri Mirja Peterson və İsveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Tomas Danestad və ilə görüş keçirilib.

Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara geniş məlumat verərək bildirib ki, Şura QHT-lərlə dövlət arasında körpü rolunu oynamaqla yanaşı onlara konsultativ, məlumat, texniki, maddi və digər sahələrdə hərtərəfli dəstək verir.

Qonaqlar QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklərin mahiyyəti, onların xarici donorlar qarşısında qoyduğu tələblər və İsveç ilə Şura arasında əməkdaşlıq imkanları haqqında maraqlandıqlarını bildiriblər.

Görüşdə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan və Avropa Birliyi münasibətləri, eləcədə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xanım Terese Hyden bildirib ki, İsveç Azərbaycanın ərzi bütövlüyünü tanıyır və Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında lazımi dəstəyi verməyə hazırdır. Sonda Şura ilə İsveç XİN arasında əməkdaşlıq imkanlarına dair müzakirələrin davam etdirilməsi haqqında razılığa gəlinib.



Teqlər:





Xəbər lenti