“ABŞ Rusiya ilə müharibə istəmir” – Kerri

“ABŞ Rusiya ilə müharibə istəmir” – Kerri
  05 Fevral 2015    Oxunub:1781
ABŞ Rusiya ilə münaqişəyə girmək niyyətində deyil və Ukraynanın şərqindəki münaqişənin sülh yolu ilə həll olunacağına ümid edir.
AzVision.az-ın “Unian”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko ilə birgə keçirilən mətbuat konfransında ABŞ dövlət katibi Con Kerri bildirib.

“Rusiya Ukraynanın şərqinə olan aqressiyasını davam etdirir. Orada baş verənləri başqa cür adlandırmaq olmaz. Biz Rusiya ilə münaqişəyə girmək istəmirik. Bunu nə prezident Poroşenko, nə ABŞ nə də Avropa Cəmiyyəti istəmir. Söhbət bundan getmir”, - deyə Kerri vurğulayıb.

Kerri eyni zamanda bildirib ki, Rusiya ABŞ-ın münaqişənin diplomatik yolla həll edilməsi barədə təklifindən istifadə edəcək: “Biz həqiqətən bunu istəyirik”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti