7 ermənini öldürən rus əsgər `neqodnı` çıxdı

7 ermənini öldürən rus əsgər `neqodnı` çıxdı
  05 Fevral 2015    Oxunub:6737
Ermənistanın Gümrü şəhərində 7 nəfərlik ailəni qətlə yetirən rus əsgər Valeri Permyakovun hərbi xidmətə yararsız olduğu aşkarlanıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, o, hərbi xidmətə çağırılmalı deyilmiş. Belə ki, Permyakov oliqofreniya adlı psixoloji xəstəlikdən əziyyət çəkib.

Artıq Rusiya Baş Hərbi Prokurorluğu Permyakovu hərbi xidmətə yollayan hərbi komissarlıq əməkdaşlarını və ona silah etibar edən 102-ci hərbi baza komandirlərinin məsuliyyətə cəlb olunmasını tələb edib.

Qeyd edək ki, Valeri Permyakovun yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yalnız 6 yaşlı Seryoja sağ qalmışdı. Bu günlərdə dünyasını dəyişmiş Seryoja da Gümrüdə dəfn edilib.

Hadisədən sonra Valeri Permyakov Ermənistan-Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tərəfindən həbs edilib.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək, hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti