Kəlbəcər girovlarının işi Türkiyə parlamentində

Kəlbəcər girovlarının işi Türkiyə parlamentində
  05 Fevral 2015    Oxunub:3067
Cümhuriyyət Xalq partiyasından (CHP) olan deputatlar Əli Özgündüz və Mustafa Balbay Azərbaycanlı girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ölkə parlamentində məsələ qaldırıb.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir. Parlament qərar qəbul edib ki, rəsmi Ankara Kəlbəcər girovlarının azad olunması ilə bağlı tədbirlər görməlidir.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti