Merkel və Olland Putinin ayağına gedir

Merkel və Olland Putinin ayağına gedir
  05 Fevral 2015    Oxunub:2438
Fransa və Almaniya liderləri Ukrayna böhranını müzakirə etmək üçün Moskvada Vladimir Putinlə görüşəcək.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, görüş fevralın 6-ı keçiriləcək.

“Ukraynanın şərqində vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq kansler və prezident Olland münaqişənin dinc yolla həll edilməsinə doğru yönələn səylərini daha da artıracaq”, - deyə Merkelin mətbuat xidməti xəbər yayıb.

Rusiya lideri ilə görüşdən əvvəl Merkel və Olland Kiyevdə Pyotr Poroşenko ilə də görüşəcəklər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti