Kerrinin kritik Ukrayna səfəri başladı

Kerrinin kritik Ukrayna səfəri başladı
  05 Fevral 2015    Oxunub:1727
ABŞ dövlət katibi Con Kerri Ukraynaya rəsmi səfərə gəlib.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.

Dövlət katibinin təyyarəsi Kiyevdə “Borispol” hava limanına enib. Ukraynaya səfəri zamanı Kerri ölkə prezidenti Pyotr Poroşenko, baş nazir Arseniy Yatsenyuk və ukraynalı parlamentarilərlə görüşəcək.

“Səfər ABŞ-ın Ukraynaya verdiyi dəstəyin növbəti sübutu olacaq. Görüşlər zamanı müzakirə olunacaq əsas məsələlər Ukraynada islahatların aparılması və ölkənin şərqindəki gərginliyin azaldılması yollarının axtarılması olacaq”, - deyə Ukrayna XİN-in rəsmi nümayəndəsi Yevqeniy Perebiynis bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti