“Müharibəyə gündə 7 milyon xərcləyirik” - Poroşenko

“Müharibəyə gündə 7 milyon xərcləyirik” - Poroşenko
  05 Fevral 2015    Oxunub:2095
Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, onun ölkəsi ölkənin şərqindəki hərbi münaqişəyə gündə 5-7 milyon avro pul xərcləyir.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Jurnalistlərə açıqlamasında Poroşenko həmçinin Qərbdən müasir silahlar və əlavə maliyyə yardımı istəyib.
Qeyd edək ki, son günlər Ukraynalı hərbçilər və ölkənin şərqindəki separatçılar arasında gərgin döyüşlər gedir.

Son 24 saat ərzində Donetsk və Luqansk regionlarında baş verən döyüşlər nəticəsində ötən gün 17 Ukrayna hərbçisi öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti