Ukraynada qanlı döyüşlər: Ölənlər var

Ukraynada qanlı döyüşlər: Ölənlər var
  05 Fevral 2015    Oxunub:2081
Donetsk və Luqansk regionlarında baş verən döyüşlər nəticəsində ötən gün 17 Ukrayna hərbçisi öldürülüb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası”nın rəhbərinin müavini Eduard Basurin bildirib.

“Gün ərzində 17 Ukrayna əsgəri öldürülüb, bir neçə zirehli texnika məhv edilib”

Bundan əlavə, Basurinin sözlərinə görə, dinc əhali arasında 7 nəfər həlak olub, 44 nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti