Erməni baş nazir Medvedyevlə görüşə gedir

Erməni baş nazir Medvedyevlə görüşə gedir
  05 Fevral 2015    Oxunub:2575
Ermənistan baş naziri Ovik Abramyanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Moskvaya səfər edəcək.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Ermənistan Hökumətinin yaydığı məlumata görə, erməni nümayəndə heyəti fevralın 6-ı Rusiyanın paytaxtında keçiriləcək Avrasiya hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

Səfər zamanı Ermənistan və Rusiya hökumət rəhbərləri Ovik Abramyan və Dmitri Medvedyevin görüşünün də keçiriləcəyi planlaşdırılır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti