Azərbaycanlı milyarderin gəmiləri batır
Məlumata görə, şirkət rəhbərliyi yaranmış situasiyanın vurduğu zərərin sarsıdıcı effekt verməməsi üçün müxtəlif yollar arayır. Bunlardan biri kimi isə “Palmali”nin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən ofislərinin bir qisminin bağlanması nəzərdən keçirilir. Hazırda 20-dən artıq ölkədə nümayəndəliyi olan şirkət bunlardan yarısının fəaliyyətinə son vermək niyyətindədir. Bundan başqa, şirkətlər qrupuna daxil olan bütün kommersiya qurumlarında ciddi ixtisarlar aparılacağı da gözlənilir. Xərclərin minimuma endirilməsində qərarlı olan “Palmali”də digər dəyişikliklərə də əl atılacağı deyilir. Bundan başqa, şirkətlər qrupunun müxtəlif sosial layihələrdə iştirakına da hələlik son verildiyi bildirilir.
Qeyd edək ki, rəsmi məlumatlara görə, Rusiya neftinin 75 faizini məhz “Palmali” daşıyıb.
Teqlər: