Sarkisyan Ermənistandan yarım milyarddan artıq dollar çıxarıb

Sarkisyan Ermənistandan yarım milyarddan artıq dollar çıxarıb
  05 Fevral 2015    Oxunub:2241
Ermənistanın “İlur.am” saytı bildirir ki, son zamanlar Ermənistan iqtisadiyyatında baş vermiş hadisələr (dramın kəskin surətdə aşağı düşməsi, qiymətlərin xeyli artması, kapitalın xaricə axını) xalqı daha dərin deprasiyaya doğru aparır, ictimaiyyətin əhval-ruhiyyəsində mövcud olan qeyri-müəyyənliyin isə analoqu yoxdur.
Ermənistanı, bizi, bizim işləri nə gözləyir? Az gəlirlər, banklar, kreditlər, təhsil haqqı, bahalanmış mallar, kənardan alınımış daha az gəlirlər. Bu gün orta statist ermənistanlının beynində bu fikirlər dolaşır. Biznes mühitinin nümayəndələri də az təsəlliverici vəziyyətdə deyillər: əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, bazar kiçilib, dövriyyədə olan vəsaitlər azalıb, kredit terroru artıb, işin gəlirliliyi azalıb, yaxud sıfıra bərabər olub, kreditlərin normal faiz dərəcəsi isə əlverişsizdir.

Yaranmış ümidsizlik mühiti problemlərin heç də bir o qədər mürəkkəb və həlledilməz olduğuna görə deyil, yalnız o səbəbdən ümidsizdir ki, Ermənistanın bütün ictimaiyyəti, hamı Serj Sarkisyan administarsiyasının bu problemləri həll etmək məsələsində qabiliyyətsiz olduğunu yaxşı bilir. Hamı hakimiyyətə ümid bağlamağın mənasızlığını başa düşür. Üstəlik, əvvəllər olduğu kimi, S. Sarkisyan indi də öz ailəsinin, yaxın ətrafı və hökumət tabeliyində olanların böyük hissəsi ilə əllərini xalqın üzərinə düşmüş ağır zamanlar hesabına isidir. Dramla dolların məzənnəsinin qalxması və düşməsi üzərində milyonlar işləyir, inhisar malların qiymətlərinin qaldırılması sayəsində həmin inhisarıarın sahiblərindən əlavə vəsaitlər alır, biznesi soymağa davam edərək onlardan öz gəlirlərindən imtina etməyə, yaxud ümumiyyətlə öz bizneslərini bağlamağa məcbur edir. Sonuncular isə öz kapitallarını Ermənistandan çıxarmaqdan başqa çıxış yolu tapmırlar.Üstəlik, kapitalı ölkədən administrasya da çıxarır, bu həmin kapitaldır ki, onu uzun illər xalqdan cinayətkarlıq yolu ilə qoparıb. S. Sarkisyan və onun administrasiyası təkcə ötən il (biznes təbəqəsi nəzərə alınmadan) Ermənistandan yarım milyarddan çox dollar çıxarıblar. Müqayisə üçün qeyd edək ki, Ermənistanın müdafiəsinə və orduya ayrılmış xərclər daha az təşkil edir-415 milyon dallar (bugünkü məzənnəyə görə).

İqtisadiyyat sahəsində ciddi islahatlara ehtiyac var. Həmin islahatlar üçün Ermənistanda iqtisadi fikir və potensial var. Hamıya aydındır ki, Ermənistanda bu həyati problemləri həll edə biləcək hakimiyyət yoxdur. Təbii ki, problemin həllinın əsasını yalnız və istisnasız siyasi dəyişikliklər kontekstində axtarmaq lazımdır. Əgər yaxın bir neçə ayda Ermənistanda həmin siyasi dəyişikliklər baş vermədisə və Serj Sarkisyanın bütün cinayətkar qrupu yerini azad seçkilərlə formalaşmış legitim hakimiyyətə güzəştə getməyərək hakimiyyət sistemindən uzaqlaşmadısa, onda Ermənistanı tutqun perspektiv gözləyir. Əlverişsiz xarici fonu-Ermənistan-Azərbaycan sərhədində gərginliyin böyüdüyünü, Rusiya-Qərb siyasi münaqişəsinin genişlənməsini, ümumiyyətlə, xarici siyasətdə manevr etmək inkanlarının ciddi məhdudiyyətini də daxili vəziyyətin üstünə gəlsək, mənzərə tamamlanmış olacaq və həmin siyasi dəyişikliklər baş verməsə, hamı üçün qarşısıalınmaz itkilər ola bilər.

Bu vəziyyət getdikcə nə qədər dərinləşsə, hakimiyyət öz ənənələrinə sadiq qalaraq, ictimaiyyəti azdırmaq üçün hədəfləri çaşdırmağa çalışacaq. Türkləri, azərbaycanlıları, Qərbi və Rusiyanı, beynəlxalq fitnəkarları və Kambocanı, kimi istəsəniz təqsirkarlar bəyan edəcəklər, təki saatın əqrəblərini öz üzərlərindən yayındırsınlar. (informator.az)


Teqlər:





Xəbər lenti