Qarabağ görüşü başlayır
Tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupu həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşü planlaşdırılıb.
Xatırladaq ki, həmsədrlərin yaxın aylarda regiona səfərləri nəzərdə tutulub. (anspress)
Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya işgüzar səfəri çərçivəsində yanvarın 27-də Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Teqlər: