Gülənin pasportu əlindən alınır

Gülənin pasportu əlindən alınır
  04 Fevral 2015    Oxunub:1525
Türkiyə ABŞ-ın Pensilvaniya ştatında yaşayan nurçu lider Fətullah Gülənin “yaşıl pasportu” ləğv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə ABŞ hökumətinə göndərdiyi məlumatda Gülənin “yaşıl pasportu” qeyri-leqal yollarla əldə etdiyini qeyd edib.

Amerikalı ekspertlər isə bildirir ki, əgər bu iddia sübut olunsa, Gülənin yaşıl kartı ondan alına bilər.

“İlk olaraq Ədliyyə Nazirliyi həmin şəxsin saxlanılması barədə qərar çıxaracaq. Əgər məsləhət görülərsə, həmin adam haqqında iddia ərizəsi qaldırıla bilər. Bu şəxsin geri verilməsini tələb edən ölkə onun terror aktı törətdiyini sübut etsə, o, geri verilə və ya deportasiya oluna bilər”.

Fatimə


Teqlər:





Xəbər lenti