Ermənistanın dövlət borcu 4 milyard dolları ötüb
Bu barədə AzVision.az Ermənistan Milli Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir.
Məlumata əsasən, 2014-cü ilin sonunda – dekabr ayında ölkənin dövlət borcu 26 milyon 847 min artıb.
Dövlət borcunun 3 milyard 785 milyon 208 min dolları xarici borcdur ki, bu göstərici 2014-cü ilin sonuncu ayında 81 milyon 598 min dollar artıb.
Eldar Tanrıverdiyev