Lavrov ilə Kerri casusluq barədə “susdular”

Lavrov ilə Kerri casusluq barədə “susdular”
  15 May 2013    Oxunub:1803
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə görüş vaxtı “casus” mövzusunu müzakirə etməyib. “Biz bu mövzunu müzakirə etmədik. Con Kerri məsləyə toxunmadığı üçün, mən də həmin mövzudan bəhs etməməyi qərara aldım. Düşünürəm ki, hamıya hər şey məlumdur” – Lavrov bildirib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, ABŞ-ın Dövlət Departamenti hesab edir ki, Amerika Səfirliyinin nümayəndəsinin Moskvada casusluqda ittiham olunması Rusiya Federasiyası ilə münasibətlərə xələl gətirməyəcək.



“Mən yalnız həmin şəxsin tutulması və sonradan buraxılmasını təsdiq edə bilərəm. Bu məsələ barədə başqa məlumata malik deyiləm” – departamentin nümayəndəsi Patrik Ventrell söyləyib.

Bu məsələnin ikitərəfli münasibətlərə mənfi təsiri barədə suala o belə cavab verib: “Biz Rusiya ilə böyük məsələlərlə bağlı əməkdaşlıq edirik və bu əməkdaşlığı davam etdirmək niyyətindəyik”.



Rusiya ABŞ səfirliyinin əməkdaşı Foql Rayan Kristoferi Moskvada saxlayıb və onun tezliklə vətəninə qayıtmasını tələb edir.

Tutulan səfirlik əməkdaşında xüsusi texniki vasitələr, cəlb edilən Rusiya vətəndaşı üçün yazılı təlimatlar, böyük məbləğdə pul və xarici görünüşü dəyişdirmək üçün vasitələr tapılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti