Neftin qiyməti qalxdı - 58,08 dollar
Bakı vaxtilə saat 15:10-da “Brent” markalı neftin qiyməti 1 barelə görə, 4,19% artaraq 58,08 dollara çatıb.
Bu arada “WTI” markalı neftin dəyəri də 3,68% dollar artaraq bir barelə görə 52,31 dollara çatıb.
Dünya iqtisadiyyatı ilə bağlı proqnozların pisləşməsi də neftin qiymətinə təsir göstərir. Dünya Bankı bu il üçün qlobal iqtisadiyyatın inkişaf tempini 3,4%-dən 3%-ə salıb.
Eldar Tanrıverdiyev
Teqlər: