Suriyalı qız dağıntıların arasında çörək satır

Suriyalı qız dağıntıların arasında çörək satır
  15 May 2013    Oxunub:1454
Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Deyr əl-Zur şəhəri çətin anlar yaşayıb. Suriya qüvvələri ilə üsyançılar arasında baş verən iki illik vətəndaş müharibəsində yüzlərlə vətəndaş həlak olub.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Deyr əl-Zur şəhərində isə həyat davam edir. Ailələr yaşamaq üçün işləməyə davam edirlər.

Balaca qızın çörək satdığı təsvir olunan şəkildən ərazinin döyüş meydanı olduğu aydın görünür. Burada da, müharibə dəhşəti yaşanıb: binalar dağılıb, pəncərələr qırılıb, divarlarda güllə deşikləri iz salıb. Qızın müvəqqəti satış masası dağıntıların yanına qoyulub. Şəkil ölkənin psixoloji və siyasi cəhətdən dağılmasını bir daha sübut edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti