Erməni general istefa verdi

Erməni general istefa verdi
  02 Fevral 2015    Oxunub:1936
Vazgen Sarkisyan adına Hərbi İnstitutun rəhbəri general-leytenant Martin Karapetyan vəzifəsindən istefa verib.
AzVision.az xəbər verir ki, o, istefa ərizəsini Ermənistan Müdafiə Nazirliyinə təqdim edib. Ərizəni müdafiə naziri Seyran Ohanyan qəbul edib. Nazir, həmçinin institutun bütün rəhbər heyətinin vəzifədən azad edilməsi barədə əmr verib.

Qeyd edək ki, yanvarın 29-da burada dislokasiya edilmiş N saylı hərbi tədris hissəsində kursantlardan biri öldürülmüşdü. Qətl hadisəsinə görə xuliqanlıq etmiş 4 hərbçi həbs olunub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti