Ermənilər ölkəni sürətlə tərk edir

Ermənilər ölkəni sürətlə tərk edir
  02 Fevral 2015    Oxunub:2699
Bu ilin əvvəlində Ermənistan əhalisinin sayı 6500 nəfər azalaraq 3 milyon 10600 nəfər olub.

AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Milli Statistika İdarəsinin siyahıya alma və demoqrafiya şöbəsinin rəhbəri Karine Kyumdcyan bəyan edib.

Onun sözlərinə görə, 2014-cü ildə təbii artım 15311 nəfər olub ki, bu da 2013-cü ildə qeydə alınan göstəricidən 4,9% çoxdur.
“Ən yüksək təbii artım göstəricisi, Yerevan şəhərində, Ararat və Araqçotsk vilayətlərində, ən aşağı göstərici Tavuş, Syunik və Vayoçdzor vilayətlərində qedə alınıb”, - deyə Karine Kuyumdcyan vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti