Erməni polis Qarabağda jurnalisti döydü – VİDEO

Erməni polis Qarabağda jurnalisti döydü – VİDEO
  02 Fevral 2015    Oxunub:2237
Azərbaycanın işğal altında olan ərazisi – Dağlıq Qarabağda erməni jurnalist “polis” tərəfindən vəhşicəsində döyülüb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir. Hadisə yanvarın 31-i baş verib. Belə ki, “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsini istəyən bir qrup şəxs avtoyürüş təşkil ediblər. Onlar qondarma “erməni soyqırımı”nın 100 illiyinin sonda “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsini istəyiblər. Etirazçılar əvvəlcədən razılaşdırılmış yerə yığışdıqdan sonra “polis” onlara müdaxilə edib. Nəticədə tərəflər arasında toqquşma baş verib.

AzVision.az “polis”in jurnalisti vəhşicəsinə döyməyini əks etdirən videogörüntüləri oxuculara təqdim edir:



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti