Ərdoğana qarşı terror cəhdi

Ərdoğana qarşı terror cəhdi
  02 Fevral 2015    Oxunub:2570
Türkiyə paytaxtı Ankarada ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı terror aktının qarşısı alınıb.
Bu barədə AzVision.az Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir.

Yerli vaxtla 04:00-da Ərdoğanın kortejinin keçdiyi küçələrdən birində iki partlayış baş verib.

Hadisə yerinə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşları gəlib. Onlar hadisə yerində bir neçə partlayıcı qurğuda aşkarlanıb.

Faktla bağlı araşdırmalara başlanılıb. Partlayış nəticəsində xəsarət alan olmayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti