Obama Putinə: “Gəl, küsməyək”
AzVision.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Ştatların prezidenti Rusiya prezidentinə Raketdən Müdafiə Sistemləri ilə bağlı informasiya mübadiləsi barədə razılaşma təklif edir. Obamanın məqsədi hər iki ölkənin sistemlərinin biri-birinə qarşı nüvə təhlükəsi yaratmadığını sübut etməkdir.
Moskva Obamanın ideyasını bəyənib. Lakin işini ehtiyatla tutmağa üstünlük verən Putin hökuməti Obamanın başqa məqsəd güdmədiyindən əmin olmaq üçün zəmanət tələb edir.
Hazırda Rusiya prezidenti cavab məktubu hazırlmaqla məşğuldur. Putinin məktubu Amerikaya mayın 20-də göndəriləcək.
Bunula yanaşı prezidentlərin sentyabr ayında görüşəcəyi gözlənilir. Barak Obama “Böyük iyirmiliyin” sammitində iştirak etmək üçün Sankt-Peterburqa səfər edəcək. Obamanın Putinlə görüşmək üçün səfərə təyin olunan vaxtdan iki gün əvvəl çıxacağı bildirilir.
Xatırladaq ki, G20-yə üzv ölkələrin liderlərinin Sammiti Sentyabrın 3-dən 5-dək davam edəcək.
Səbinə Həsənova
AzVision.az