İŞİD-dən daha dəhşətli edam - Foto

İŞİD-dən daha dəhşətli edam - Foto
  01 Fevral 2015    Oxunub:2591
İŞİD silahlıları daha bir dəhşətli cinayətə imza atdılar.
AzVision.az-ın Ans press-ə istinadən verdiyi məlumata görə, terrorçular bir adamı yüksək bir binadan atarkən çəkdikləri fotoşəkilləri sosial mediada yayıblar.

İnsanlığa sığımayan edam aktı İŞİD-in Suriyanın Rakka şəhərində həyata keçirilib. Silahlılar sözügedən şəhəri Azad Suriya Ordusundan alıblar və şəhər hazırda İŞİD-in nəzarətindədir.

Edam həyata keçirilmədən əvvəl, terrorçular xalqı meydana yığaraq şəriət qaydalarına uyğun hökm çıxardıqlarını elan edirlər. Terroçular günah işlədən hər kəsin mütləq cəzalandırılacaqlarını bildirirlər.

Təşkilat son dövrlərdə nəzarətə aldığı ərazilərdə müxtəlif edam aktları həyata keçirib. Bunlar arasında baş kəsmə, güllələnmə və günahlandırılan insanın yüksək binalardan atma kimi üsullardan istifadə edir.


Teqlər:  





Xəbər lenti