Baş nazir parlamentdə ağladı – VİDEO

Baş nazir parlamentdə ağladı – VİDEO
  15 May 2013    Oxunub:1326
Avstraliyanın baş naziri Culiya Qillard parlamentdə əlillərə sosial yardım islahatı barədə çıxışı zamanı göz yaşlarını güclə saxlayıb.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, parlamentdə çıxışı zamanı Qillard bildirib ki, Sendi adlı 17 yaşlı əlil qız əlillərə yardım edilməsi barədə baş nazirdən xahiş edib.

“Mən bu gənc qızla görüşəndə, o mənə dostları tərəfindən imzalanmış məktub verdi. Məktubda Sendi dostları ilə əlillərə yardım göstərilməsi barədə bizə təşəkkür edib” – Qillardın səsi titrəyir və o göz yaşlarına boğulur.



Qeyd edək ki, yeni qanun islahatı ilə 400 mindən çox əlil avstraliyalılara sosial yardım göstərilməsi planlaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti