Uşaq evində böyüyən prezident: Kərimov və ailəsi - FOTOLAR

Uşaq evində böyüyən prezident: Kərimov və ailəsi - FOTOLAR
  30 Yanvar 2015    Oxunub:8620
Bu gün Özbəkistan prezidenti İslam Kərimovun doğum günüdür. Özbək lider 77 yaşını qeyd edir. İ.Kərimov 1990-cı ildən bu ölkəyə rəhbərlik edir.

1938-ci ildə Səmərqənddə dünyaya gələn Kərimovun həyatı da, kariyerası kimi keçməkeşli olub. Hazırda dünyada hörmət sahibi olan prezident Kərimov uşaq evində böyüyüb. Uşaqlığında çətin günlər yaşayan Kərimov ali təhsil almaq üçün Politexnik İnstitutuna daxil olur. O, mühəndis-mexanik ixtisası ürə təhsil aldıqdan sonra əmək fəaliyyətinə başlayıb.



Kariyerasına 1960-cı ildə usta köməkçisi kimi başlayan özbək lider 1990-cı ilin martında prezident kürsüsünə qədər yüksəlir.

Prezidentlik müddəti...

1995-ci ildə Özbəkistanda referendum keçirilir və onun prezidentlik müddəti 2000-ci ilə qədər uzadılır. Referendum ölkədə birmənalı qarşılanmasa da 2000-ci ildə növbəti prezident seçkilərinə qədər İslam Kərimov ölkəni idarə edir. Seçkidə isə yeganə və nüfuzu çox zəif olan rəqiblə prezidentlik yarışından qalib çıxır. O, 91,9% səs toplayıb.



2002-ci ildə növbəti dəfə keçirilən referendumda isə İslam Kərimovun prezidentlik səlahiyyəti müddəti 5 ildən 7 ilə qədər artırılır.

Üçüncü dəfə prezidentliyə namizədlik qanunlara zidd olsa da İslam Kərimov 2007-ci ildə prezidentliyə yenidən namizəd olur və 90,6% səslə Özbəkistan Liberal Demokrat Partiyasından prezident seçilib.



Seçkinin nəticələri isə beynəxlalq ictiamiyyət tərəfindən birmənalı qarşılanmadı. Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi müşahidəçiləri seçkini müsbət, ATƏT müşahidəçiləri isə mənfi qiymətləndirdi.

Kərimovun xarici siyasəti

İslam Kərimov xarici siyasətdə də kəskin mövqeyi ilə seçilir. Belə ki, 2001-ci ildə ABŞ-da baş verən terror aktından sonra bu ölkə ilə münasibətləri yaxşılaşdıran Kərimov elə həmin il Əfqanıstanda “Taliban” rejiminə qarşı hava hücumlarında ABŞ-a dəstək oldu. Əvəzində ABŞ-ın da ona dəstək verməsi ilə Kərimov rejiminin ölkədəki insan haqları pozuntularına etinasız yanaşıldı.



2005-ci ildən sonra isə münasibətlər gərginləşdi, ABŞ-ın Özbəkistan hökumətini tənqid etməsi bu ölkənin silahlı qüvvələrinin Özbəkistandan çıxarılması ilə nəticələndi. Hazırda isə Özbəkistan Rusiyaya meyilli ölkə kimi qəbul olunur.



Şəxsi həyatı – qalmaqallı Kərimov ailəsi

İslam Kərimovun həyat yoldaşı Tatyana Kərimova ixtisasca iqtisadçıdır. Cütlüyün iki qızı – Gülnarə və Lalə, iki nəvəsi var.



Prezidentin qızı Gülnarə Kərimova atası ilə gərgin münasibəti ötən il gündəmə damğasını vurdu. Atası ilə qalmaqalları, İslam kərimovun onu döydüyü iddiaları ilə tez-tez haqqında danışılan G.Kərimova öz ölkəsində “arzuolunmaz şəxs” sayılır.



Mətbuatda bir neçə dəfə onun döyüldüyü və həbs olunduğu barədə xəbərlər yayılıb. Məlumat üçün bildirək ki, Gülnarə Kərimovanın şəxsi biznesi var idi. Onun “Gül” brendinin sahibi olduğu bildirilirdi. O, həmçinin 2010-2012-ci illərdə Özbəkistanın səfiri kimi İspaniyada çalışıb. Prezidentin qızı 1991-ci ildə Əfqanıstandan olan etnik özbək və ABŞ vətəndaşı olan Mansur Maqsudla ailə qurub. Bu nikahından İslam və İman adlı iki oğlu var.



Prezidentin digər qızı Lalə Kərimova-Təllayevanın da bacısı Gülnarə ilə münasibətləri ürəkaçan deyil. O, mətbuata açıqlamasında bacısı ilə danışmadığını bildirmişdi.



P.S. İslam Kərimov post Sovet ölkə liderləri arasında rekordçu sayılır. Belə ki, 1989-cu ildən bəri ölkəni idarə edən İslam Kərimovu heç kim əvəz etməyib. Hazırda 76 yaşı olan İslam Kərimov müstəqilliyini əldə edəndən bəri Özbəkistanın lideridir.






İslam Kərimovun öz adını daşıyan nəvəsi






Hazırladı: Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti