Kerri qar təmizləmədiyi üçün cərimələndi - FOTO

Kerri qar təmizləmədiyi üçün cərimələndi - FOTO
  30 Yanvar 2015    Oxunub:2102
ABŞ dövlət katibi Con Kerri evinin qarşısındakı qar yığınını təmizləmədiyinə görə cərimələnib.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Kerri Boston büdcəsinə 50 dollar ödəməlidir.

Con Kerrinin evinin qarşısının qardan təmizləməməsi barədə məlumatı şəhər rəhbərliyinə onun qonşuları çatdırıb. Onlar Kerrinin iqamətgahının şəkillərini şəhərin saytında yerləşdiriblər.



Kerrinin mətbuat katibi Qlen Conson məsələyə aydınlıq gətirərkən vurğulayıb ki, dövlət katibi Səudiyyə Ərəbistanında səfərdə olduğu üçün evinin qarşısındakı qar yığınını təmizləyə bilməyib. Onun sözlərinə görə, Kerrinin köməkçiləri də həmin zaman evdə olmayıblar: “Dövlət katibi böyük sevinclə cəriməni ödəyəcək”.

Conson həmçinin Kerrinin evinin qarşısının artıq qardan təmizlədiyini vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti