Azərbaycanlı qadınları satan 35 nəfər tutuldu
Əməliyyatda saxlanılan fahişələrin Rusiya, Gürcüstan və Azərbaycandan olduğu bildirilib.
Polis qadınları zorla fahişəliyə cəlb edən 35 nəfərin üzərindən 2 tapança, 4 ov tüfəngi və bunlara aid çox sayda güllə ələ keçirib. 35 şübhəlinin 27-sinin ifadəsi alınandan sonra sərbəst buraxılıb.
Saxlanılan əcnəbi qadınlar ölkədən deportasiya edilməsi üçün Dənizli Təhlükəsizlik Müdirliyinin Xarici Şöbəsinə təhvil verilib.