Azərbaycanlı hərbçi həlak oldu - FOTO
Ukrayna ordusunda xidmət edən 30 yaşlı Tahir Bəşirovun minaya düşdüyü bildirilir. Soydaşımız bu gün Kiyev şəhərində dəfn olunub.
Məlumata görə, dəfn mərasimində Ukraynanın rəsmi nümayəndələri ilə yanaşı, bu ölkədə yaşayan azərbaycanlılar da iştirak edib.
Son döyüşlərdə daha bir azərbaycanlı hərbçi yaralanıb. Hazırda həmin şəxsin kimliyi ilə bağlı araşdırmalarımız davam edir.
Əlavə məlumat veriləcək.