Rusiyadan iddia: Ebola virusunu ABŞ yayıb

Rusiyadan iddia: Ebola virusunu ABŞ yayıb
  28 Yanvar 2015    Oxunub:3656
Rusiyanın baş sanitar həkimi və baş nazir Dmitri Medvedyevin sözçüsü Gennadi Onişenko dünyanı dəhşətə gətirən Ebola virusunun amerikalı alimlər tərəfindən icad edildiyini bəyan edib.
Azvision.az xarici KİV-lərə istinadən xəbər verir ki, təxminən 1 il əvvəl Afrikada peyda olan virus amerikalı alimlər ətrəəfindən sınaq məqsədilə yaradılıb.

“Əminəm ki, bu virus sınaq məqsədilə yaradılıb. Bu, ABŞ tərəfindən həyata keçirilib”.

Qeyd edək ki, Rusiya yanvarın 21-i Afrikada Ebola virusu ilə mübarizə məqsədilə 8 milyon dollar pul ayırıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti