Bu ölkədə hər üç saata bir nəfər oğurlanır - DƏHŞƏT

Bu ölkədə hər üç saata bir nəfər oğurlanır - DƏHŞƏT
  28 Yanvar 2015    Oxunub:6344
Meksikada hər üç saata bir nəfər oğurlanır.
AzVision.az-ın “BBC”yə istinadən xəbər verir ki, bu barədə “Alto al secuestro” (insan oğurluğunu dayandırın) təşkilatının yaydığı hesabatda bildirilir.

Təşkilatın məlumatına görə, 2012-ci il dekabr ayının 1-dən 2014-cü il dekabr ayının 31-inə qədər olan müddətdə 5144 nəfər oğurlanıb və qanunsuz olaraq azadlıqdan məhrum edilib. Təşkilatın rəhbəri İzabel Miranda de Valyasın sözlərinə görə, ölkədə 2013-cü ildə oğurluq halları 30% - 2166 nəfərdən 2818-ə qədər yüksəlib

De Valyasenin sözlərinə görə, ən çox oğurluq halları Mexiko (1173), Tamaulipas (586) və Herrero ştatlarında baş verib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti