Air Arabia Ermənistanda işləyəcək

Air Arabia Ermənistanda işləyəcək
  15 May 2013    Oxunub:1098
“Air Arabia” şirkəti və BƏƏ Ermənistandan Əmirliklərə həftədə 2 uçuş etmək üçün təklif təqdim edib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, BƏƏ tərəfindən təklif edilmiş sifarişə hələ baxılır, amma çox güman ki, təklif qəbul ediləcək.

Hazırda həftədə 4 dəfə olmaqla Ermənistandan BƏƏ-nə uçuşu yalnız “Fly Dubai” həyata keçirir. Şirkət uçuşların tezliyini 7 dəfəyədək artırmaq üçün Ermənistan Mülki Aviasiya Baş İdarəsinə müraciət edib. Lakin idarə həftədə yalnız bir əlavə uçuşa icazə verməyin mümkünlüyünü bildirib. İdarə qeyd edib ki, şirkətin təyyarələri adətən boş olur - 189 yerin yalnız 120-130-u tutulur.

AzVision.az


Teqlər:  





Xəbər lenti