Ateist baş nazir Bibliyaya and içmədi

Ateist baş nazir Bibliyaya and içmədi
  27 Yanvar 2015    Oxunub:5027
Yunanıstanda Radikal Solçu Qüvvələr Koalisiyasının (SİRİZA) lideri Aleksis Sipras Baş nazir qismində andiçmə mərasimində Bibliyaya and içməkdən imtina edib.
Bunun əvəzinə o, vətəndaş andı içib.

Yeni Baş nazir deyib: "Cənab Prezident, sizi əmin edirəm ki, Yunanıstan xalqının maraqlarına uyğun olaraq həmişə konstitusiyaya və qanunlara əməl edəcəyəm".

Qeyd edək ki, ötən gün Yunanıstanda keçirilmiş parlament seçkilərində Radikal Solçu Qüvvələr Koalisiyası parlamentdə 149 yer əldə edib. Hökuməti təkbaşına formalaşdırmaq üçün SİRİZA-nın iki mandatı çatmayıb. İddialara görə, yeni baş nazir ateistdir.


Teqlər:





Xəbər lenti